17–18 Aprel 2027 · Passage 1901, Bakı

TourismFest 2027

Milli Turizm Festivalı

Festivalın açılışına qalıb

0gün
00saat
00dəq
00san
17–18 Aprel 2027 Passage 1901
Atlas TravelAVA TourAVIAPARTNERBee ToursBTS Group TravelFrisagaGreen Apple MICE&Leisure TravelKazunion Touroperator Azerbaijan by RustarPremier GroupRustar TourismSapphire Tour and TravelSAVTourSummer TravelSun-L TravelTake Off DMCVictory TourYES TravelAtlas TravelAVA TourAVIAPARTNERBee ToursBTS Group TravelFrisagaGreen Apple MICE&Leisure TravelKazunion Touroperator Azerbaijan by RustarPremier GroupRustar TourismSapphire Tour and TravelSAVTourSummer TravelSun-L TravelTake Off DMCVictory TourYES Travel

Festival Haqqında

“TourismFest 2027” turizm festivalı turizm sənayesi nümayəndələri ilə yerli istehlakçıları bir araya gətirən, yeni turizm məhsullarının, xüsusi təkliflərin və turizm obyektlərindəki yeniliklərin birbaşa təqdim olunduğu genişmiqyaslı tədbirdir.

Festival yalnız sərgi və yarmarka formatı ilə məhdudlaşmır. Tədbir proqramına konsertlər, müxtəlif müsabiqələr, ölkə və destinasiya təqdimatları, tanınmış səyyahlarla görüşlər və digər interaktiv tədbirlər daxil ediləcək.

Əsas diqqət yerli turizm bazarına yönəldiləcək. Festivalda turizm şirkətləri ilə yanaşı, yerli hotel brendlərinin, aviaşirkətlərin, turizm obyektlərinin və digər turizm yönümlü şirkətlərin iştirakı nəzərdə tutulur.

“TourismFest 2027” həm sektor nümayəndələri üçün yeni məhsul və xidmətlərini təqdim etmək, həm də ziyarətçilər üçün müxtəlif turizm imkanlarını bir məkanda kəşf etmək platforması olacaq.

Festival kartıTourismFest 2027
Tarix17–18 Aprel 2027
MəkanPassage 1901
ŞəhərBakı
İştirakçı şirkət
0

Festivalda nələr var

Əsas diqqət yerli turizm bazarındadır: turizm şirkətləri, hotel brendləri, aviaşirkətlər və turizm obyektləri.

Destinasiya təqdimatları

Şirkətlər və obyektlər yeni məhsul və təkliflərini birbaşa təqdim edir.

Konsertlər

Milli musiqi ifaları və canlı proqram.

Müsabiqələr

Tərəfdaşların təqdimatları və müsabiqələri.

Səyyahlarla görüş

Tanınmış səyyahlar təcrübələrini bölüşür.

İştirakçı şirkətlər

Festivalda iştirak edən şirkətlərlə tanış olun.

Atlas Travel
Atlas Travel
AVA Tour
AVA Tour
AVIAPARTNER
AVIAPARTNER
Bee Tours
Bee Tours
BTS Group Travel
BTS Group Travel
Frisaga
Frisaga
Green Apple MICE&Leisure Travel
Green Apple MICE&Leisure Travel
Kazunion Touroperator Azerbaijan by Rustar
Kazunion Touroperator Azerbaijan by Rustar
Premier Group
Premier Group
Rustar Tourism
Rustar Tourism
Sapphire Tour and Travel
Sapphire Tour and Travel
SAVTour
SAVTour
Summer Travel
Summer Travel
Sun-L Travel
Sun-L Travel
Take Off DMC
Take Off DMC
Victory Tour
Victory Tour
YES Travel
YES Travel

Proqram

ProqramTOURISMFEST 2027

TourismFest Baku 2027 çərçivəsində iki gün ərzində ziyarətçilər üçün zəngin və interaktiv proqramın təşkili nəzərdə tutulur.

Festival proqramına daxildir

  • Rəsmi açılış mərasimi
  • Musiqili və əyləncə proqramları
  • Müxtəlif müsabiqələr və hədiyyəli yarışlar
  • Sponsor şirkətlərin təqdimatları
  • Məşhur səyyahlarla görüşlər və interaktiv söhbətlər
  • “Seçilmiş ölkə saatı” çərçivəsində ölkələrin turizm potensialının təqdimatı
  • Turizm istiqamətləri və səyahət imkanları ilə bağlı təqdimatlar
  • Festivalın rəsmi bağlanış mərasimi

İki gün ərzində proqramın müxtəlif formatlarda təşkil olunması ilə TourismFest Baku 2027 həm turizm sənayesi nümayəndələri, həm də ziyarətçilər üçün dinamik, əyləncəli və faydalı festival atmosferi yaradacaq.

Təşkilatçı və tərəfdaşlar

Təşkilatçı

Rəsmi Tərəfdaşlar

Sponsorlar

Baş Sponsor

Media Tərəfdaşları

Xəbəriniz olsun

Oktyabr 8, 2026

“TourismFest Baku 2027” festivalına BÖYÜK MARAQ: İki günə 20-ə yaxın stend satıldı

“TourismFest Baku 2027” milli turizm sərgisinə maraq artır. Stend satışlarının başlanmasından sonra cəmi iki gün ərzində 20-yə yaxın stend satılıb. Bir sıra turizm şirkətləri artıq festivalda iştiraklarını təsdiqləyiblər. İştirakını təsdiqləyən şirkətlər arasında Victory Tour, Bee Tours, Green Apple MICE&Leisure Travel, BTS Group Travel, SAVTour, YES Travel, Take Off DMC, Summer Travel, Frisaga, Sun-L Travel, Atlas […]

Sentyabr 27, 2026

“TourismFest Baku 2027” turizm festivalına stend satışları başladı – ƏLAQƏ

“TourismFest Baku 2027” turizm festivalına stend satışlarına start verilib.  “TourismFest Baku 2027” Plus Media Production tərəfindən təşkil olunur. Festival 17–18 aprel 2027-ci il tarixlərində Bakıda yerləşən “Passage 1901” sərgi salonunda keçiriləcək. Tədbirdə turizm şirkətləri, hotellər, aviaşirkətlər və digər turizm obyektləri öz məhsul və xidmətlərini təqdim etmək, yeni müştərilər və tərəfdaşlarla əlaqələr qurmaq imkanı əldə edəcəklər. […]

Sentyabr 27, 2026

“TourismFest 2027” turizm festivalı üçün hazırlıqlara başlanılıb

2027-ci ilin aprel ayında Bakıda keçirilməsi planlaşdırılan “TourismFest 2027” turizm festivalı üçün hazırlıq işlərinə başlanılıb. Festivalda turizm şirkətləri, hotellər, aviaşirkətlər və sektorun digər nümayəndələrinin iştirakı nəzərdə tutulur. Festival çərçivəsində iştirakçılar üçün stendlər, şirkət və qurumlar üçün isə müxtəlif sponsorluq imkanları təqdim olunacaq. Stend götürmək və sponsor olmaq istəyən qurumlar üçün ətraflı məlumat yaxın günlərdə açıqlanacaq. […]

Passage 1901

Passage 1901 Bakının mərkəzində, Nigar Rəfibəyli küçəsində yerləşən tədbir məkanıdır. Məkan özünəməxsus tarixi atmosferi, geniş interyeri və canlı musiqi proqramları ilə seçilir.

Passage 1901 həm gündəlik ziyarətlər, həm də müxtəlif tədbir və təqdimatların keçirilməsi üçün istifadə olunur.

Festivalın ünvanıBakı şəhəri, İstiqlaliyyət küçəsi 53, Passage 1901

Naviqasiya ilə get ↗
TourismFest Baku 2027 stendlərin yerləşmə planı

Festivalın tərəfdaşı ol

Sponsorluq, stend rezervasiyası və əməkdaşlıq üçün bizimlə əlaqə saxlayın.

600 AZN

Standart sərgi stendi

  • Resepşn masası: 100 × 90 × 60 sm
  • Stend brandwall: 200 × 200 × 30 sm
  • Kataloq, broşür və bukletlər üçün xüsusi sahə
  • İştirakçı şirkətin loqosunun stenddə yerləşdirilməsi

3 000 AZN

Sponsor

  • 1 standart sərgi stendi və açılışda rəsmi sponsor təqdimatı
  • 15 dəqiqəlik təqdimat və proqramda ayrıca yer
  • Rəsmi brandwall, dəvətnamə və festival vizuallarında loqo
  • Festivaldan əvvəl 4 media materialında qeyd
  • Rəsmi sosial media paylaşımlarında ad və loqo
  • Ziyarətçilərlə birbaşa ünsiyyət və məhsul təqdimatı

5 000 AZN

Baş Sponsor

  • Festivalın əsas vizual materiallarında xüsusi təqdimat və 1 standart stend
  • 40 dəqiqəlik xüsusi təqdimat sessiyası
  • Rəsmi dəvətnamələrdə və festival məkanında seçilən loqo yerləşimi
  • Festivaldan əvvəl 8 media materialında qeyd
  • Baş sponsor statusunun rəsmi kommunikasiya kampaniyasında vurğulanması
  • Müsabiqə, tədbir və mükafatlandırmalarda xüsusi təqdimat